Elvin Jafar

Senior Qrafik Dizayner

İş Təcrübəm

Qrafik dizayn sahəsində bir neçə il ərzində müxtəlif şirkət və qurumlarla əməkdaşlıq edərək peşəkar təcrübə qazanmışam.

Karyerama Nəqşicahan Holding şirkətində Qrafik Dizayner kimi başlamışam (2016-2017). Daha sonra Naxçıvan Müəllimlər İnstitutunda part-time Qrafik Dizayner kimi fəaliyyət göstərmişəm (2019-2020).

2019-cu ildən etibarən “NAXTEL 4G” MMC şirkətində Senior Qrafik Dizayner kimi çalışıram. Eyni zamanda ArazNET Technologies MMC-də Senior Qrafik Dizayner vəzifəsində işləyirəm. 2024-cü ildən etibarən isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi üçün müxtəlif dizayn işləri həyata keçirirəm. Bununla yanaşı, freelance olaraq da fəaliyyət göstərir və müxtəlif brendlərə vizual həllər təqdim edirəm.

İllər ərzində topladığım bilik və təcrübə sayəsində kreativ və funksional dizaynlar ərsəyə gətirirəm.

Haqqımda

Mən, Elvin Cəfərli – daim özünü inkişaf etdirən və kreativ həllər təqdim edən bir qrafik dizaynerəm. Dizayna olan həvəsim və araşdırma bacarığım sayəsində innovativ və unikal işlər ortaya qoyuram. Hər zaman qrafik dizayn sahəsində yeni trendləri izləyir, onları öyrənir və tətbiq edirəm.

Əsasən digital dizayn sahəsində çalışsam da, mətbəə materialları üzərində də təcrübəm var. İşlərimdə təkrarçılığa yol vermir, hər bir layihəyə fərdi yanaşaraq fərqlilik yaratmağa çalışıram. Komanda ilə işləmə bacarığım yüksəkdir və qrafik dizaynın xüsusilə marketinq sahəsindəki əhəmiyyətini dərindən anlayıram.

Peşəkar bacarıqlarıma Maxon Cinema 4D, Adobe After Effects, Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramları daxildir. Müxtəlif şirkət və təşkilatlarla əməkdaşlıq edərək geniş təcrübə qazanmışam və dizayn sahəsində uğurlar əldə etmişəm.

Brendinizi vizual olaraq daha güclü etmək üçün mənimlə əməkdaşlıq edə bilərsiniz.

Bacarıqlar

91%

Adobe Photoshop

90%

Adobe Illustrator

88%

Adobe Premiere Pro

65%

Maxon Cinema 4D

60%

Adobe After Effects

Nailiyyətlər

Design Online - Contest Winner (Ofis posteri)

Design Online - Contest Shortlist(Yeni il postu)